AZ

Tanınmış tarzən Humay Qədimova solo konsertlə çıxış edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tanınmış tarzən Humay Qədimovanın solo konserti olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Respublikası Daşkənd Dövlət Konservatoriyasının müəllim və tələbə heyəti, incəsənət nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən kollecin direktoru Nazim Kazımov sənətkarın yaradıcılıq yolundan və ifaçılıq məharətindən bəhs edib. O qeyd edib ki, Humay Qədimova milli musiqi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərən istedadlı ifaçılardandır.

Konsert proqramında “Uzundərə”, “İntizar”, “Ləpələr” kimi sevilən əsərlərlə yanaşı, ümumilikdə 10 müxtəlif kompozisiya təqdim olunub.

İfa zamanı tarzənin yüksək texniki ustalığı, duyumlu və emosional ifası dinləyicilərə xüsusi təsir bağışlayıb. Səhnədə yaradılan musiqi ab-havası milli ruhu və zəngin muğam ənənələrini bir daha nümayiş etdirib.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - İlqar Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azertag.az

4Mənbələr