AZ

​“Qalatasaray” üçün kritik gecə

Bu gün “Qalatasaray” kritik bir qarşılaşma üçün meydana çıxacaq. İstanbul təmsilçisi rəqib meydanda “Göztepe” ilə üz-üzə gələcək. Metbuat.az xəbər verir ki, sarı-qırmızılı komanda hazırda 64 xalla turnir cədvəlinin lideridir. Bu oyun ertələnmiş qarşılaşma olduğundan qalibiyyət “Qalatasaray” üçün böyük əhəmiyyət kəsb edir. “Qalatasaray”ın qələbəsi həm liderliyi qorumaq, həm də çempionluq yolunda önəmli addım olacaq.

Qeyd edək ki, turnir cədvəlində ikinci və üçüncü yerləri paylaşan “Fənərbaxça” və “Trabzonspor” 63 xalla lideri izləyir. Hər iki komanda bu oyunun nəticəsini maraqla gözləyir.

Seçilən
17
metbuat.az

1Mənbələr