“Qarabağ”ın U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.
Msport.az xəbər verir ki, məşqçilər korpusu martda kollektivə qoşulan oyunçuları baxışdan keçiriblər.
Onların növbəti mövsümün əvvəlində buraya gəlib-gəlməyəcəyi bir neçə məsələdən asılıdır. Hər şey planlaşdırıldığı kimi getsə, ola bilər ki, biri və ya ikisi də müqaviləyə dəvət olunsun.
Mövsümün əvvəlində heyətə cəlb edilən Muyideen Olude və Toheeb Abiodunla bağlı qərar isə hələ verilməyib. Onların müqavilələri 1+1 illikdir.