AZ

Ziyalıların yubiley tədbiri FOTOLAR

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hüseynverdi Rəhmətov, Tofiq Səfərov öz xoş, nurlu əməlləri ilə Lerik rayonunda böyük nüfuz qazanıblar. Bu yüksək mənəviyyatlı, təfəkkürü işıqlı , illəri yalnız xeyirxah məqsədlərə sərf edən dəyərli insanların həyat yolu gənclər üçün örnəkdir. Hər ikisi öz müəllim əməyinə halal sevgi bəsləməklə Vətən, xalq üçün ləyaqətli övladlar yetişdirib. Həmçinin Yeni Azərbaycan Partiyasının üzvü olmaqla eyni sevgi və istəklə rayonun inkişafına dəstək dururlar. Məhz buna görə də ziyalı ifadəsini dərin hörmətlə onlara ünvanlamaq olar. Hüseynverdi müəllim şəhid atası, Tofiq müəllim şəhid qardaşıdır. Şəxsiyyətlərinə, əxlaqi- etik keyfiyyətlərinə heyran qalmağa dəyən Lerikin ziyalı oğulları ömrünün 70-ci ilini yola saldılar. Özü də böyük şərəflə...

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında gördüyü yaxşı işləri hesabına insanların sevgisini qazanan partiya üzvlərinə dəyər vermək ənənə şəkilini alıb. Təşkilatın qərargahında dəyərli ziyalılar Hüseynverdi Rəhmətovun, Tofiq Səfərovun anadan olmasının 70 illik yubileyi münasibətilə görüş keçirmək bu nəcib qayğıdan irəli gəlirdi..

Təşkilatın sədri Malik Mirzəyev yubilyarlara təbrik sözündə dedi:- Ömrünüzün çoxu müqəddəs bir peşəyə - gənc nəslin təlim-tərbiyəsinə sərf olunub. Öz gözəl işinizlə Vətənimizə ləyaqətli vətəndaşlar yetişdirmisiniz. Eyni zamanda vətənpərvər ruhda tərbiyə etdiyiniz gənclərin Vətən uğrunda canlarından keçməsi böyük qürur və ehtiram hissi doğurur. Sizə möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatda uğurlar arzulayıram.

Görüşdə digər çıxışlarda hər iki ziyalının həm pedaqoji fəaliyyətləri, həm də cəmiyyətə verdikləri töhfələr xüsusi qeyd olundu, onların mənalı həyat yolu hər kəs üçün nümunə kimi qiymətləndirildi. Eyni zamanda, bu dəyərli insanların Vətən uğrunda şəhid vermiş ailələrin üzvləri kimi göstərdikləri dözüm, vətənpərvərlik və mənəvi güc böyük ehtiramla anıldı.

Öz növbəsində yubilyarlar göstərilən diqqət və qayğıya görə dərin razılıqlarını bildirdilər,

görüşün təşkili və onların əməyinə verilən yüksək dəyər böyük qürur hissi doğurduğunu dedilər, hər zaman dövlətə və xalqa sədaqətlə xidmət göstərəcəyini vurğuladılar.

Tədbirin sonunda yubilyarlara rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına və 70 illik yubileyləri münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olundu.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
sesqazeti.az

1Mənbələr