AZ

Baş həkim: "Azərbaycanda ixtisaslaşmış klinikalar olmalıdır"

“Müasir dövrdə estetik və rekonstruktiv əməliyyatlara maraq xeyli artıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı bildirib.

O qeyd ki, bu artım Azərbaycanda da özünü göstərir:

“Bu tələbat yeni ixtisaslaşmış klinikaların yaradılmasını zəruri edir. Plastik cərrahiyyə çox vaxt yalnız estetik əməliyyatlarla əlaqələndirilsə də, əslində bu sahə həm də rekonstruktiv, yəni bərpaedici əməliyyatları əhatə edir. Tarixən plastik cərrahiyyə müharibələr zamanı yaralanan insanların bərpası ilə formalaşıb və bu gün də əməliyyatların böyük bir hissəsi funksiyaların bərpasına yönəlir”.

Həkim vurğulayıb ki, konstruktiv əməliyyatlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır və bu sahəyə olan ehtiyac getdikcə artır:

“Bu cür əməliyyatları həyata keçirən ixtisaslaşmış mərkəzlərin az olması yeni klinikaların açılmasını aktuallaşdırır. Əsas məqsəd pasiyentlər üçün əlçatan və keyfiyyətli tibbi xidmətin təmin olunmasıdır. 

Xaricdə təhsil aldığım müddətdə Azərbaycan vətəndaşlarının müalicə zamanı üzləşdiyi çətinlikləri müşahidə etmişəm. Buna görə də ölkə daxilində tibbi xidmətlərin əlçatanlığının artırılması əsas prioritetlərdən biridir”.

Seçilən
6
1
cebheinfo.az

3Mənbələr