Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və ya İslamabaddakı "Serena" hotelində baş tuta bilər.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyinə Pakistan təhlükəsizlik xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, danışıqların keçiriləcəyi ehtimal edilən məkanlar iqamətgah və sözügedən hotel olsa da, yekun qərar hələ qəbul edilməyib.
Pakistan hökumət başçısının rəsmi iqamətgahı İslamabadın mərkəzində, inzibati binalar kompleksinin yerləşdiyi və xüsusi mühafizə olunan "qırmızı zona"da yerləşir.
"Serena" hoteli isə bu zonanın girişində yerləşir. Bu hotel tez-tez Pakistan paytaxtına səfər edən yüksək səviyyəli nümayəndə heyətlərini və xarici dövlət başçılarını qəbul edir.

Beynəlxalq danışıqların təşkili üçün zəruri infrastruktura malik olan hotel əvvəllər də dəfələrlə bu məqsədlə istifadə edilib.
Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Trampın bildirdiyinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təkliflərini növbəti danışıqlar üçün "əsas" kimi nəzərdən keçirir. Bu təkliflərə hücum etməmə prinsipinin qorunması, Hörmüz boğazı üzərində İranın nəzarəti, ölkə ərazisində uranın zənginləşdirilməsi, əsas və ikincili sanksiyaların ləğvi, kompensasiya ödənilməsi və ABŞ qüvvələrinin regiondan çıxarılması daxildir. Tramp bu qərarın İranın Hörmüz boğazını açmağa hazır olduğu təqdirdə qəbul edildiyini vurğulayıb.
Tehran öz növbəsində bəyan edib ki, əgər ölkəyə zərbələr endirilməzsə, "müdafiə hücumlarını" dayandırmağa razıdır. Tərəflər arasında vasitəçi rolunu oynayan Pakistanın baş naziri hər iki tərəfi aprelin 10-da danışıqlara dəvət edib. İslam Respublikasının dövlət televiziyasının məlumatına görə, bu görüşlərin birbaşa formatda keçiriləcəyi gözlənilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.