AZ

"İsrail müharibədə məğlub olan tərəfdir" - Politoloq

"ABŞ və İran arasında İslamabadda aparılacaq danışıqlarda Tehranı parlamentin sədri M. Qalibaf və Vaşinqtonu vitse-prezident C.Vens təmsil edəcək. Hər iki şəxs müharibənin əleyhinədir və danışıqlarda ortaq məxrəcə gəlinməsində maraqlıdır. İki ölkənin razılaşma əldə etməsi mümkündür. Danışıqlar masasında İsrail təmsil olunmur. Çünki, İran İsraili dövlət kimi tanımır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, İsrailin baş naziri B. Netanyahu ABŞ-ın təkidi ilə atəşkəs razılaşmasına getməyə məcbur oldu: " Demək olar ki, İsrail tərəfi bu müharibədə məğlub tərəfdir. Çünki, İsrail İranda rejimin devrilməsinə nail olmadı. Həmçinin B. Netanyahu D. Trampı quru əməliyyatlara başlamasına məcbur edirdi. İsrail baş naziri İranı parçalamaq və xaosa sürükləmək nəzərdə tuturdu. Həmçinin Hizbullaha qarşı əməliyyatlarda Livan və Suriyanın torpaqları hesabına öz ərazilərini genişləndirməyi hədəfləyirdi. Məhz B. Netanyahu bu müharibədə İsrailin beynəlxalq güc olduğunu elan etmişdi. İsrail bu müharibədə məqsədlərinə nail ola bilmədi. B. Netanyahu təxribatlara əl ata bilər. Amma, ABŞ buna getməyəcək".

Politoloq vurğuladı ki, hazırda İran rejimi yerindədir: "İran öz şərtləri ilə İsraili Hizbullaha qarşı hərbi əməliyyatlara son verməyə məcbur etdi. Artıq İsrail Baş naziri B. Netanyahuya qarşı ciddi suallar olacaq. Növbəti seçkilərdə B. Netanyahu seçkilərdə qələbə əldə edə bilməyəcək. Onun həbsi istisna deyil".

Nigar,

Sitat.info

Seçilən
20
sitat.info

1Mənbələr