AZ

23 kişi zorakılığa məruz qalıb - RƏSMİ

2026-cı ilin ilk üç ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq komitədən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 3 ayında isə bu say 117 olub.

"Cari ilin ilk 3 ayında müraciət edən 134 nəfərdən 23-ü kişi, 106-ı qadın və 5-i uşaq olub. Müraciət edən kişilər adətən övladları ilə bağlı, övladlarının anaları və ya keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı, həmçinin əksər hallarda psixi zorakılıq, bəzi hallarda iqtisadi zorakılıqla bağlı müraciət ediblər. Bu müddət ərzində kişilərin heç biri fiziki zorakılıqla bağlı müraciət etməyiblər.

Daxil olan 134 müraciətin 31-i psixi zorakılıq, 9-u iqtisadi zorakılıq, 93-ü fiziki zorakılıq və yalnız 1-i cinsi zorakılıq ilə bağlı olub", - məlumatda qeyd olunub.

Seçilən
7
2
publika.az

3Mənbələr