AZ

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayıb

Bakı. Trend:

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ABŞ və İranarasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasınıalqışlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədədünən gecə elan edilən atəşkəsdən məmnunluq duyuruq. Mümküntəxribat və sabotajlara imkan verilmədən atəşkəsin sahədə tamşəkildə icra olunmasını arzu edirik”,- deyə Ərdoğan bildirib.

Türkiyə lideri atəşkəs razılaşmasına öz töhvəsini vermiştərəflərə, xüsusilə Pakistana təşəkkür edib:

“Müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyətçəkmiş coğrafiyamızın bir an öncə sülhə, sabitliyə və rifahaqovuşması ən səmimi arzumuzdur. Türkiyə regionda və dünyada sülhünsəsini yüksəltməyə davam edəcək”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlikmüvəqqəti atəşkəs barədə razılığa gəliblər. Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
17
4
az.trend.az

5Mənbələr