AZ

QMİ ABŞ-ın hesabatını tənqid etdi

Bakı. Trend:

Azərbaycandakı Dini Konfessiya rəhbərləri ABŞ-ın Azərbaycandadini vəziyyətlə bağlı hesabatı ilə əlaqəli bəyanat yayıb.

Trend xəbərverir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bəyanat mətnində bildirilir ki, Azərbaycan Respublikasındayaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq DiniAzadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dinivəziyyətə dair hesabatda əsassız iddialarla bağlı ciddinarahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər:

“Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməniqəti şəkildə rədd edirik. Hesabatda guya dini azadlığın pozulmasıvə dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassıziddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əksetdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə,ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqiistiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır”.

Həmçinin qeyd edilib ki, bu, BDAK-ın hesabatında Azərbaycanınişğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütüntarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpasəylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur:

“Sözügedən bərpa layihələri bütün mədəni və dini irsinxüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəlimütəxəssis və memarların iştirakı ilə həyata keçirilir”.

“BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəkivəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasınıyenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyitöhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsiistiqamətində səylərini təqdir edəcəyini gözləyirik.

Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusiİzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdəsərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlərgörüləcəkdir”, – əlavə edilib.

Seçilən
1
16
az.trend.az

10Mənbələr