AZ

Kreml Ukrayna ilə bağlı üçtərəfli məsləhətləşmələrin bərpa olunacağını gözləyir

Kreml ümid edir ki, Amerika tərəfi yaxın gələcəkdə Ukrayna nizamlanması üzərində işləmək üçün daha çox vaxt və imkana sahib olacaq. Moskva məsləhətləşmələrin üçtərəfli formatda bərpa olunacağını gözləyir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib.

Peskov “ABŞ və İran arasında atəşkəs nəzərə alınmaqla, Vaşinqtonun son zamanlar Yaxın Şərq tərəfindən diqqətini yayındırdığı Ukrayna münaqişəsinin həlli üçün səylərin gücləndirilməsinə ümid olub-olmadığı” ilə bağlı suala cavabında bunları deyib: “Ümid edirik ki, yaxın gələcəkdə onların üçtərəfli formatda görüşmək üçün daha çox vaxtı və imkanı olacaq, biz bunu gözləyirik. Qeyd edim ki, iki danışıqlar prosesi yalnız dolayı yolla ABŞ danışıqçılarının hazırda İranla bağlı məşğul olmaları ilə əlaqələndirilir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
30
herbiand.az

1Mənbələr