ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əgər İran tərəfi səmimiyyətlə danışıqlar aparsalar, biz razılaşma əldə edə bilərik.
“Associated Press“ xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
“Əgər onlar səmimi niyyətlə danışıqlar aparsalar, biz razılaşma əldə edə bilərik. Bu böyük bir “əgər”dir. Və nəhayət, danışıqların necə aparılması İrana bağlıdır. Ümid edirəm ki, onlar düzgün qərar verərlər”, - o vurğulayıb.
Vens bildirib ki, Tramp İranla danışıqlar aparacaq ABŞ nümayəndələrinə səmimi niyyətlə davranmalarını tapşırıb və o, danışıqlarda irəliləyişlər üçün səbirsizdir.
“Yox əgər iranlılar da belə etməsələr, onda onlar ABŞ Prezidentinin onunla zarafat etməyi xoşlamayan birisi olduğunu anlayacaqlar”, - Vens xəbərdar edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.