AZ

Səbail üzərində qələbə qazansaq... Şəfa nın baş məşqçisi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

1-ci Liqanın 21-ci turu çərçivəsində sabah lider "Şəfa" digər iddialı "Səbail"i qəbul edəcək. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail" üzərində qələbə qazansaq, çempionluğa bir addım da yaxınlaşacağıq. Komanda olaraq bunun fərqindəyik. Rəqib çempionat ərzində məğlub edə bilmədiyimiz yeganə komandadır. Bu dəfə məqsədimizə çatmağa calışacağıq. Onların da çempionluq şansları olduğu üçün təbii ki, qələbə uğrunda döyüşəcəklər. Bütün bunları nəzərə alsaq, sabahkı oyunun çox maraqlı və gərgin keçəcəyinə şubhə etmirəm. Futbolçularımıza inaniram. Qələbə qazanaraq xal fərqini artirmaga çalısacağıq".

Qeyd edək ki, "Şəfa" - "Səbail" qarşılaşması Binə qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti 15:00-da səsləndiriləcək.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr