"Bakı metrosunun "bənövşəyi xətti" üzrə inşa edilən "B-4" stansiyasında işlər sürətləndirilib".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, layihə sürətli şəkildə davam etdirilir:
"Stansiyanın bu ilin sonuna istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlər sürətli qaydada davam etdirilir. Stansiya nəzərdə tutulduğu vaxtdan əvvəl istifadəyə verilə bilər".