
Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atasının bir övladını pay verməsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.
AFN.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, səsləndirilən iddialarla bağlı məsələ nəzarətə götürülüb və araşdırma predmetidir.
Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”.