AZ

Yaxın Şərqdəki atəşkəs Almaniya fond bazarının canlanmasına səbəb olub

Berlin, 8 aprel, AZƏRTAC

ABŞ və İran arasında ikihəftəlik atəşkəsin elan olunması və Hörmüz boğazının açılmasına dair yaranan ümidlər dünyanın digər bölgələrində olduğu kimi, Almaniyanın da fond bazarının canlanmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Almaniyanın əsas fond indeksi DAX 4,9 faiz artaraq 24,033 bəndə yüksəlib.

Qeyd edək ki, Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükünün bərpasına dair ümidlər dünyada səhm bazarlarını canlandırıb. İranın xarici işlər naziri Abbas Əraqçinin atəşkəs müddətində Hörmüz boğazının açıq olacağı barədə açıqlaması neft və qaz tədarükünün asanlaşacağına ümidləri artırıb. Nəticədə neftin qiymətləri sürətlə aşağı düşüb, bir sıra regionlarda investorların riskə meyili nəzərəçarpacaq dərəcədə artıb və birja indeksləri yüksəlişə keçib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
1
2
azertag.az

3Mənbələr