ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 3 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki, aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb.
R.İbrahimov hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.