AZ

Sumqayıtda zibil qalmaqalı böyüyür: Təmizlik Departamentinin işini niyə Yaşıllaşdırma İdarəsi görür?

Sumqayıt şəhər 5-ci mikrorayon ərazisində məişət tullantıları üçün ayrılan konteynerlərin yerinin dəyişdirilməsi sakinlərin ciddi etirazına səbəb olub.

KONKRET.az-ın redaksiyasına müraciət edən 55, 57 və 59 saylı binaların sakinləri bildirir ki, uzun illər ərzində ərazidə mövcud olan zibil qutuları naməlum səbəblərdən oradan kənarlaşdırılıb və yerində yaşıllaşdırma işi aparılıb.

İddialara əsasən, konteynerlər həmin məhəllədə yaşayan və özünü şəhid bacısı kimi təqdim edən Aida Murzəyevanın təkidi ilə ərazidən götürülüb.

Sakinlərin bildirdiyinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq məsələ öz həllini tapmır.

Vətəndaşlar məsələdə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Yaşıllaşdırma İdarəsinin rəisi Mübariz Süleymanovun da adını hallandırırlar.

Məsələ ilə əlaqədar hazırladığımız videosüjeti təqdim edirik:

Seçilən
27
1
konkret.az

2Mənbələr