Ötən il Səbail rayonu Bayıl qəsəbəsində tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, V.Axundovanın olduğu taksiyə çırpılan “Hyundai” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Seyfulla Mehdizadəyə hökm oxunub.
Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsili bilib. Təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkməlidir.
Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 30-da V.Axundova “Toyota” markalı taksidən düşərkən baş verib. Bu zaman S.Mehdizadənin idarə etdiyi avtomobil arxadan həmin maşına çırpılıb. Zərbədən 1987-ci il təvəllüdlü sənətçi vəfat edib.
Məhkəmədə zərərçəkən şəxsin hüquqi varisi 24 yaşlı sürücünü bağışladığını bildirib.
"Cebheinfo.az"