AZ

NURAN Aygün Kazımovanın bu mahnısını oxuyacaq

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomunda müğənni NURAN da yer alacaq.

OLAY yazır ki, NURAN layihədə Kazımovanın məşhur “Yar yar” hitini səsləndirib. Bu barədə artistin layihə direktoru Elvin Elxan məlumat yayıb. NURAN aprelin 10-da mahnını təqdim edəcək.

Qeyd edək ki, sözügedən hitin sözləri Xalq şairi Vahid Əzizə, musiqisi Nikos Terzisə məxsusdur.

Xatırladaq ki, NURAN “Best of AYGUN” albomunda müğənni Mehin Hümbətova ilə “Dözmədi qəlbim” mahnısını oxumuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
olay.az

1Mənbələr