AZ

Ülviyyə İlyasova barəsində qərar verildi

Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb. Metbuat.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə Ülviyyə İlyasovanın barəsində seçilmiş polis nəzarətində olma qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənilməsi ilə bağlı qərar çıxarılıb. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub. Proses mayın 9-da davam etdiriləcək.Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Seçilən
11
8
metbuat.az

10Mənbələr