Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Modenis” MəhdudMəsuliyyətli Cəmiyyətini (MMC) və onun vəzifəli şəxsinicərimələyib.
Trend bubarədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank tərəfindən 4 iyun – 18 iyul 2025-ciil tarixlərində “Modenis” MMC-də aparılan yerində yoxlama zamanıcinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına vəterrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaqanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyənedilib.
Aşkarlanmış pozuntularla əlaqədar olaraq, “Modenis” MMC İnzibatiXətalar Məcəlləsi-nin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasənhüquqi şəxs qismində 50 000 (əlli min) manat məbləğində cəriməolunub.
Bununla yanaşı, təşkilatın vəzifəli şəxsi də həmin maddələr üzrə10 000 (on min) manat məbləğində inzibati cəriməyə məruz qalıb.