AZ

İstanbuldakı silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Aprelin 7-də İsrailin İstanbuldakı Baş konsulluğunun yerləşdiyi “Yapı Kredi Plaza”nın qarşısındakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı saxlanılanların sayı 11-ə çıxıb.

Hafta.az xəbər verir ki, faktla bağlı başladılan istintaq çərçivəsində İstanbul və Kocaelidə müəyyən edilən ünvanlarda keçirilən əməliyyat zamanı daha 5 şübhəli saxlanılıb. Aparılan işlərin davamında daha 1 şübhəli də nəzarətə götürülüb.

Xəstəxanada müalicəsi davam edən 2 terrorçu ilə birlikdə saxlanılanların sayı 11-ə çatıb.

Şübhəlilərdən 9-nun İstanbul Polis İdarəsində istintaq tədbirləri davam edir, 2 terrorçunun isə müalicədən sonra polisə təhvil veriləcəyi bildirilib.

Faktla əlaqədar daha bir istintaq işi sosial mediada hadisə ilə bağlı yayılan bəzi xəbərlərlə bağlı başladılıb. 

Seçilən
5
4
hafta.az

5Mənbələr