İran ABŞ-ın 10 maddəlik planını qəbul etdiyini və tarixi qələbə qazandığını açıqladı.
KONKRET.az xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurası bildirib ki, “düşmən böyük, tarixi və əzici məğlubiyyətə uğrayıb”. Şura həmçinin iddia edir ki, İran “böyük qələbə” əldə edib və ABŞ-ı 10 maddəlik planı qəbul etməyə məcbur edib.
Sənəddə ABŞ-ın əsaslı şəkildə öhdəlik götürdüyü məsələlər aşağıdakılardır:
Hər hansı bir aqressiyanın qarşısını almaq;
İranın Hörmüz boğazı üzərində nəzarətini qorumaq;
BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən qəbul edilmiş bütün qətnamələri dayandırmaq;
İranın uranın zənginləşdirilməsi hüququnu tanımaq;
Bütün ilkin və ikinci dərəcəli sanksiyaları ləğv etmək;
İrana kompensasiya ödəmək;
ABŞ hərbi qüvvələrini regiondan çıxarmaq;
Müharibəni bütün cəbhələrdə, o cümlədən Livan müqaviməti ilə mübarizədə dayandırmaq.
İran rəsmiləri bu sənədin regiondakı gərginliyi azaltmaq və ölkənin strateji maraqlarını qorumaq baxımından əhəmiyyətli olduğunu vurğulayır.
Müşviq Tofiqoğlu
KONKRET.az