AZ

Şirvanda kütləvi zəhərlənmə

Şirvan şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə olub.

VAXT.AZ Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 7-də Şirvanda fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Xatırladaq ki, dünən (aprelin 7-də) saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstələrə dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Seçilən
11
vaxt.az

1Mənbələr