"Sabah" basketbol klubunun U-18 komandası bu gün Çempionlar Liqasında növbəti sınağına çıxır.
Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan "bayquşlar" ikinci matçında Almaniyanın "Porsche BBA Ludwigsburg" kollektivi ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Laktaşi şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, təmsilçimiz qrupdakı ilk oyununda "Iqokea"ya 58:88 hesabı ilə uduzub.
Mövcud reqlamentə görə, yalnız qrup liderləri yarımfinal mərhələsinə adlaya biləcəklər. Qrupunu ikinci pillədə tamamlayan komandalar 5-8-ci yerlər üçün, sonuncu olanlar isə 9-12-ci pillələr uğrunda yarışacaqlar.