AZ

Peşə Təhsil Mərkəzinin direktoru: 17 ixtisas üzrə tələbələr əmək yarmarkasında təmsil olunurlar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 aprel, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində əmək yarmarkaları 4-cü ildir keçirilir. Bugünkü yarmarkada mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunurlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Şaban Carçıyev deyib. O bildirib ki, bu ixtisaslara avtomobil, elektrik, elektronika, mexanika, interyer və digər sahələr daxildir: “Ümumilikdə mərkəzimizdə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır. Sonuncu kursda oxuyan, istehsalat təcrübəsində olan, eləcə də daha əvvəl məzun olmuş tələbələr əmək yarmarkasında fəal iştirak edir və öz profillərinə uyğun vakansiyalarla tanış olurlar”, - deyə direktor qeyd edib.

Müxbir- Günel Türksoy

Fotoqraf: Səfiyar Məcnun

Videooperator: Namiq Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr