AZ

“Bu, böyük bir axşam və mövsümün önəmli anı idi” – Arteta

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin ilk oyununda Lissabonun “Sportinq” komandası üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu qələbə komanda üçün mövsümün ən vacib anlarından biri olub:

“Çox sevincliyəm. Bu, böyük bir axşam və mövsümün önəmli anı idi. Xüsusilə əvvəlki nəticələrimizi nəzərə alsaq. Avqustdan bəri özümüzdən yalnız qələbə tələb edirik. Əgər qalib gəlmirsənsə, bu, sanki fəlakət kimi qəbul olunur. Dörd titul qazanmasan, bu kifayət etmir. Amma indi vəziyyəti düzgün qiymətləndirməliyik. Oyunçulara kim olduğumuzu və bu mərhələyə necə gəlib çatdığımızı xatırlatmalı idim. Reallığı qəbul edib bu günlə yaşamalı və maksimum gücümüzü ortaya qoymalıyıq. Sonra nə olacağını görəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 15-də Londondakı “Emireyts” stadionunda keçiriləcək.

Seçilən
17
idmanxeber.az

1Mənbələr