AZ

Lənkəranda təndirxanada nöqsanlar aşkarlandı FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Rəhimova Əntiqə Qəhrəman qızına məxsus təndirxanada yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, istehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

"İstifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, obyektdə istehsal sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
8
cebheinfo.az

9Mənbələr