AZ

İsmayıllının icra başçısının müavini meşə ərazisini zəbt edib - FOTOLAR

İsmayıllının icra başçısının müavini meşə ərazisini zəbt edib - FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanovun meşə ərazisini zəbt etdiyi iddia olunur.

AFN.az "Unikal"a istinadən xəbər verir ki, M.Süleymanov İsmayıllı rayonunun Talıstan kəndində meşə ərazisində yerləşən "Talıstan Forest Park" adlı istirahət mərkəzinin sahibidir. Məlumata görə, o, sözügedən istirahət mərkəzini həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirib.

Xatırladaq ki, Mahmud Süleymanov 2021-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun birinci müavini vəzifəsinə təyin olunub. Hazırda vəzifəli şəxsin dövlət meşə fondu torpaqlarından şəxsi biznesi üçün istifadə etməsi iddiası geniş müzakirələrə səbəb olub.

Seçilən
27
4
afn.az

6Mənbələr