AZ

İsrailin müxalifət lideri İranla atəşkəsi "diplomatik fəlakət"ADLANDIRDI

İsrail müxalifətinin lideri Yair Lapid atəşkəs danışıqlarında ölkəsinin iştirak etməməsini tənqid edib.

Redaktor.az xəbər verir ki, Lapid bunu sosial mediada açıqlayıb.

O bildirib ki, baş nazir Binyamin Netanyahunun siyasəti nəticəsində İsrail diplomatik masada olmayıb və bu, “diplomatik fəlakət”dir.

Lapid vurğulayıb ki, bu qərarlar milli təhlükəsizliyin əsaslarını əhatə edir və baş nazir siyasi və strateji baxımdan uğursuz olub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr