AZ

ADSEA dağılmış kanalizasiya quyusunu nə vaxt düzəldəcək? - FOTOLAR

Bakıda yağan leysan yağışlarından sonra Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 11 ünanında kanalizasiya quyusunun üst hissəsi tamamilə dağılmışdı. Bir neçə gündən sonra xəttin üst hissəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları tərəfindən bərpa edilsə də, üç gün sonra yenidən dağılaraq bərbad vəziyyətə düşüb.  

Yaranmış vəziyyətlə bağlı ADSEA qaynar xəttinə dəfələrlə müraciət edilsə də, əməkdaşlar problemin qeydə alındığı və gün ərzində məsələnin həll ediləcəyini bildirirlər. Lakin bir neçə gündür hələ ki bir tərpəniş yoxdur.

Qeyd edək ki, kanalizasiya xəttinin üst hissəsinin dağılması ərazidə təhlükəli vəziyyət yaradıb. Artıq dünəndən kanalizasiyaya xəttinə iki avtobil düşüb. Avtomobillərə ciddi ziyan dəyib. Belə davam etsə, quyunu düzəltməsələr yəqin ki çox pis xəbərlər eşidəcəyik.      

ADSEAADSEAADSEA
Seçilən
9
fed.az

1Mənbələr