AZ

Rusiyadan Azərbaycana HÖRMƏTSİZLİK – Səfiri Zori Balayanla birləşdirən “dəyər”

Qatı Türk düşmənlərindən olan Zori Balayanın murdar cəsədi torpağa tapşırılıb. Azərbaycan xalqına qarşı çoxsaylı soyqırımı aktları və hərbi cinayətlərin, həmçinin, “miatsum”un əsas ideoloqlarından olan bu it nə yaxşı ki, ömrünün sonunda Qarabağın halal yiyəsinə necə qaytarıldığını öz iyrənc gözləri ilə gördü. Bir dəstə xuntaçı-revanşistin Bakıda hansı cəzalara çatdırıldığına şahidlik elədi.

Əlbəttə, könül istərdi ki, həm də Bakı metrosundakı terror aktının (3 iyul 1994) təşəbbüskarı olan bu terrorçu Azərbaycan türməsində gəbərəydi, azadlıqda yox. Onun sakitcə ölməyə haqqı yox idi. Hər necə olmasa, Balayan haqqında da beynəlxalq axtarış verilmişdi.

Amma yenə tək təsəllimiz bu ki, bu erməni şərəfsizə “miatsum”u, uydurma və mifik “artsax”ı gorbagor eləməklə heç olmasa, mənəvi əzab yaşatdıq, yerdə qalan həyatını cəhənnəmə döndərdik. İnşallah o dünyada da cəhənnəmin dözülməz əzabı əbədilik yoldaşı olar...

Bunlar öz yerində. Diqqəti çəkən məqam İrəvandakı kilsələrin birində təşkil olunan təmtəraqlı “vida mərasiminə” erməni quldur-başkəsənlərlə, revanşist-radikallarla yanaşı, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin də qatılmasıdır.

Bəllidir ki, səfir özünü yox, ölkəsini – Rusiyanı təmsil edir, onun rəsmi mövqeyini ifadə edir. O zaman Azərbaycana qarşı bu hörmətsizliyin anlamı və məqsədi nə?

Bu o deməkmi ki, Moskva hələ də “miatsuma” ümidlidir, erməni separatçıların yanındadır, keçmiş Dağlıq Qarabağ konfliktinin qapanmış saymır? Bəlkə cənab Kopırkin hələ də Balayanın vaxtilə Vladimir Putinə yazdığı və Qarabağı Rusiyaya birləşdirməyi təklif edən məktub-sayıqlamasının təsiri altındadır?

Təəssüf ki, belədir. “Su axar, çuxurunu tapar”...

Cəmi bir həftə öncə Kremldə Baş nazir Nikol Paşinyala görüşdə Rusiya prezidentinin təzədən Qarabağ mövzusunu gündəmə gətirmək istəməsi buna şübhə saxlamır. Biz onu da unutmamışıq ki, rəsmi Moskva Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atdığı üçün (oktyabr, 2022, Praqa) Paşinyanı heç cür bağışlaya bilmir və hələ də ona qəzəblidir.

Səbəbi məlum: həmin olaydan sonra Bakı və İrəvan vasitəçi olmadan barışıq kursu götürüb, sülh müqaviləsi paraflanıb, sərhədlərin müəyyən hissəsi delimitasiya və demarkasiya olunub, artıq sərhəddə iki ildir atışma, ölüm-itim yoxdur, hətta ikitərəfli ticari əlaqələrə başlanıb. Beləcə, illərdir Azərbaycan və Ermənistana qarşı əsas təzyiq rıcaqı olan “Qarabağ kartı” Kremlin faktiki əlindən çıxıb.

Gəl ki, Rusiya Güney Qafqazla bağlı köhnə imperiya ambisiyalarından əl çəkməyib. Kopırkinin Zori Balayanı sanki öz əzizi kimi yad eləməsi bunun növbəti bariz sübutudur. Beynəlxalq axtarışda olmuş canini, insanlıq düşmənini səfirlə birləşdirən ortaq “dəyər”in adı sizcə, nədir.../musavat.com/

Seçilən
11
3
turkustan.az

10Mənbələr