AZ

Fars körfəzi ölkələri də ABŞ la münasibətlərinə yenidən baxa bilərlər

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

"ABŞ-ın düzgün hesablanmamış hərbi və geosiyasi addımları Fars körfəzi və ümumiyyətlə, Yaxın Şərq regionunda qüvvələr balansının və təhlükəsizlik arxitekturasının dəyişməsini şərtləndirəcək yeni geosiyasi konfiqurasiya yaratmaqdadır". Newscenter.az-ın xəbərinə görə, bunu deyən siyasi şərhçi, sabiq millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, regionda onun mövqelərinin əvvəlki kimi olmayacağı şübhəsizdir:"Hesab etmək olar ki, Fars körfəzi ölkələri də ABŞ- la münasibətlərinə yenidən baxa bilərlər. Bundan sonra İranın zərbələri nəticəsində dağılmış infrastrukturu bərpa etmək üçün tələb olunacaq nəhəng vəsaitlər və uzun zaman onların bu istəyini daha da gücləndirəcək". Elşad Mirbəşiroğlunun sözlərinə görə, Trampın İrana hücum qərarı və bəyan etdiyi hədəflərə çata bilməməsi qarşıdakı seçkilərdə demokratların qələbəsini təmin etəcəyini indidən söyləmək olar.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
newscenter.az

2Mənbələr