AZ

Coy Lens Mikels: Uşaqlıqdan bəri arzumuz idi ki, birlikdə oynayaq

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Çətin oyun keçdi. Rəqib yaxşı oynadı. Amma bilirdik ki, topa daha çox sahib olsaq, matç bizim nəzarətimiz altında keçəcək". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.Hücumçu komandasının Misli Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan"ı məğlub etdiyi oyunu şərh edib:"Rəqib ilk qolu vuranda belə, oyuna nəzarət bizim tərəfimizdə idi. Sadəcə qol epizodlarından yararlana bilmirdik və bunan görə də, bir az səbrli olmalı idik. Baş məşqçimiz bizə aylardır deyirdi ki, belə oyunlarda səbrli olub topa nəzarət etməliyik, qollar özü gələcək".Ruandalı futbolçu milli komandasında debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:"İlk növbədə Ruanda milli komandasında qardaşlarımla birgə debüt etdiyim üçün xoşbəxtəm. Bu, möhtəşəm hissdir. Uşaqlıqdan bəri arzumuz idi ki, birlikdə oynayaq. Amma bunu milli komandada etmək daha böyük məsuliyyətdir. Buna görə ailəmiz daha da qürurludur. Biz atamız tərəf üçün oynayırıq və atam da Ruandada keçirilən oyuna gəlmişdi. Qardaşlarımı orda görmək, onların necə futbol oynadığını izləmək çox gözəldir. Bunun üçün çox darıxmışdım. Biz son dəfə 17 yaşımızda "Borussiya Münhenqladbax"ın U-19 komandasında birlikdə oynamışıq. Sadəcə qürur hissi keçirirəm, bunu sözlə ifadə etmək çətindir". Qeyd edək ki, "Araz-Naxçıvan" "Sabah" matçı qonaqların 2:4 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
sport24.az

1Mənbələr