AZ

İbrahimdən yazan Günel Zeynalova: "Xahiş edirəm, ayağa qalx!"

Müğənni Günel Zeynalova ötən gün xəstəxanaya yerləşdirilən İbrahim Tatlıseslə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə sənətçinin qızı Dilan, oğlu Ahmetin müsahibəsini yayımlayaraq Tatlısesə şəfa diləyib:

"Sevdiyim görüntü budur. Biz onun övladıyıq. Tez bir zamanda eyni kadrda olmaq arzusu ilə. Ailədən biri olaraq bu hal məni də çox sevindirdi. İbrahim atam güclüdür, xahiş edirəm, ayağa qalx".

Xatırladaq ki, ötən gün İbrahim Tatlıses təcili olaraq xəstəxanaya yerləşdirib. Onun təhlükəli virusa yoluxduğu açıqlanıb.

Seçilən
7
far.az

1Mənbələr