AZ

114A və 114B nömrəli avtobuslardan ŞİKAYƏT

Paytaxtda fəaliyyət göstərən 114A və 114B nömrəli avtobus marşrutlarından istifadə edən sərnişinlər xidmətin keyfiyyətindən narazıdırlar.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, avtobuslar tez-tez nasaz vəziyyətdə xəttə buraxılır və bu da yolboyu xarab olur.

Sərnişinlər bildirirlər ki, marşrut üzrə avtobusların intervalı olduqca uzundur və mövcud əhali sıxlığına uyğun tənzimlənməyib. Bu isə xüsusilə pik saatlarda ciddi sıxlıq yaradır. Bundan əlavə, bəzi avtobuslarda oturacaqların qırıq və yararsız vəziyyətdə olması da narazılığa səbəb olur.

Digər bir problem isə avtobusların iş qrafiki ilə bağlıdır. Rəsmi olaraq gecə saat 00:00-a qədər fəaliyyət göstərməli olan marşrut avtobuslarının bəzi hallarda saat 23:00 olmamış xəttdən çıxarıldığı bildirilir.

Seçilən
17
far.az

1Mənbələr