AZ

Keyn Salahla Anrini qabaqladı

“Bavariya”nın hücumçusu Harri Keyn 2025/2026 mövsümünün UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”a qarşı ilk oyununda qol vurub.

Msport.az xəbər verir ki, matç 2:1 hesabı ilə “Bavariya”nın xeyrinə qurtarıb.

İngilis futbolçu hazırda Avropanın ən mötəbər turnirində 67 oyunda 51 qol vurub. Keyn hər ikisinin 50 qol vurduğu Məhəmməd Salah və Tyerri Anrini geridə qoyaraq Çempionlar Liqasının bütün zamanların qol vuran oyunçular siyahısında 10-cu yerə yüksəlib.

Bu mövsüm 32 yaşlı Keyn bütün turnirlərdə 41 oyun keçirib, 49 qol vurub və beş məhsuldar ötürmə edib.

Seçilən
20
msport.az

1Mənbələr