İraq Mülki Aviasiya Qurumu ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra təxminən 40 gündür bağlı olan hava məkanının uçuşlara açılacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, qurumun yazılı açıqlamasına görə, məsələ ilə bağlı məlumat verilib.
Orta Şərqdəki gərginlik səbəbindən təxminən 40 gün bağlı qalan İraq hava məkanının bu axşam açılacağı bildirilib.
Xatırladaq ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarını qınayaraq hava məkanını uçuşlara bağladığını elan etmişdi.
Bununla yanaşı, analitiklər vəziyyətin hələ də həssas olduğunu və atəşkəsin davamlı olub-olmayacağının diqqətlə izlənildiyini vurğulayırlar.