Müğənni Rəqsanə İsmayılova üzgərmə əməliyyatı ilə bağlı yayılan tənqidlərə cavab verib.
"Üzgərmə əməliyyatı etdirmişəm, amma üzümün şişi hələ tam oturmayıb. 3-4 ay ərzində çəkiləcək, gözlərimdəki şiş səbəbindən eynəyi taxmışam. Yazırlar ki, kosmosdan gəliblər, bilin ki, belə əməliyyatlardan sonra bu vəziyyət normaldır".
Rəqsanə İsmayılova həmçinin vurğulayıb ki, əməliyyat həkim nəzarəti altında uğurla həyata keçirilib və nəticə zamanla tam görünəcək./milli.az/