AZ

Simgenin evində narkotik aşkarlandı

Polis tərəfindən saxlanılan türkiyəli müğənni Simge Sağının evində narkotik aşkarlanıb. 7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik maddələrin müğənniyə aid olmadığı məlum olub. Sənətçinin sevgilisi narkotik istifadə etdiyini etiraf edərək maddələrin ona aid olduğunu bildirib: "Stressli gün üzündən gizlicə çantamda olan maddəni bükdüm, yarısını çəkdim, qalanını isə mətbəxdə tapdığım qutuya qoydum. Simgenin bundan qətiyyən xəbəri yoxdur. O, mənim narkotik çəkdiyimdən belə xəbərsizdir. Evdə tapılan bütün maddələr mənə məxsusdur".
Seçilən
14
1
7news.az

2Mənbələr