UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Sportinq"i Portuqaliyada 1:0 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Mikel Arteta oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Çox şadam. Uzun müddət evdə uduzmayan rəqibi Çempionlar Liqasının 1/4 finalında yenmək... Bu, tapşırığın nə dərəcədə çətin olduğunun göstəricisidir.
Hər dəfə "Sportinq"in cərimə meydançasına yaxınlaşanda nəsə xırda bir şey çatmırdı. Daha dəqiq oynamaq lazım idi. Belə rəqibin müdafiəsini yarmaq üçün daha sürətli və daha effektli peformans sərgiləmək mütləqdir. İki-üç dəfə hesabı açmağa yaxın olduq. Matçın sonlarında isə iki hücumameyilli futbolçunun yaratdığı nağılabənzər epizod matçın taleyini bizim xeyrimizə həll etdi".
Tərəflərin cavab qarşılaşması aprelin 15-də keçiriləcək.
Toğrul