Bakı metrosunun “Dərnəgül” elektrik deposunun ərazisindən keçən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikinti işləri davam edir.
"Cebheinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
M.Rzayev metronun “Dərnəgül” elektrik deposunun tikintisinin tamamlanmasını və qismən fəaliyyətə başlamasını həmin tikinti prosesinə görə gözləmə mərhələsində olduqlarını qeyd edib:
“Sözügedən tunelinin inşası tamamlandıqdan sonra deponun ikinci mrəhələsi üzrə tikinti quraşdırma işləri yekunlaşacaq və depo fəaliyyətə başlayacaq”.
“Aidiyyəti qurumlarla müzakirələr davam edir. Tarix barədə məlumat veriləcək”, - deyə o əlavə edib.
"Cebheinfo.az"