Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakının Xəzər rayonunda 1988-ci il təvəllüdlü Təbriz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xaşa-Xuna bağlar massivində baş verib. Təbriz yaşadığı evdə həyat yoldaşı Mədinə ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü özünə məxsus olan mobil telefonla arvadının baş nahiyyəsindən, şillə və yumruqla sifət nahiyəsindən bir neçə dəfə vurub. Təbrizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təbriz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mədimə onun həyat yoldaşıdır, birgə nikahdan 3 övladı var: “Məlum hadisə günü, təxminən saat 20 radələrində yaşadığım evdə bir qədər spirtli içki qəbul etdim. Spirtli içkinin qəbulundan sonra Mədinə ilə aramızda mübahisə düşdü. Bu zaman əsəbiləşərək masanın üzərindən götürdüyüm özümə məxsus olan mobil telefonla Mədinənin baş nahiyyəsinə vuraraq ona xəsarət yetirdim. Sonra isə şillə ilə sifət nahiyəsindən bir dəfə vurdum”. İş üzrə zərərçəkmiş Mədinənin sözlərinə görə, hadisə günü əri Təbriz bir qədər spirtli içki qəbul edib: “Spirtli içkinin qəbulundan sonra aramızda uşaqlara pis tərbiyə verdiyim üçün mübahisə düşdü və ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Təbrizə cavab qaytardıqda o, masanın üzərindən götürdüyüm mobil telefonla baş nahiyəmə vuraraq xəsarət yetirdi. Sonra isə şillə ilə sifət nahiyəmdən bir dəfə qəsdən vuraraq xəsarət yetirdi”. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs həmin məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.