ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Xaçmaz rayonunun Sibiroba kəndində bədbəxt hadisə baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kəndin 37 yaşlı sakini Rəşad Məmmədov yağış suları ilə dolmuş su kanalına düşərək boğulub.Məlumata görə, o, kanaldan çıxa bilməyib və hadisə yerində həyatını itirib.Bildirilir ki, mərhum Epilepsiya (sudurğa) xəstəliyindən əziyyət çəkirmiş. Ehtimala görə, o, epilepsiya tutması keçirdiyi üçün suda boğulub.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.