Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran və Oman ABŞ ilə iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilərdən rüsum alacaqlar.
“AzPolitika” xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbələrə istinadla Associated Press (AP) agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran toplanan vəsaiti müharibədən sonrakı yenidənqurma üçün istifadə edəcək. Omanın gəlirdən necə istifadə edəcəyi hələ məlum deyil. Boğaz həm İranın, həm də Omanın ərazi sularında yerləşir. Əvvəllər beynəlxalq birlik bu keçidi beynəlxalq su yolu hesab edirdi və heç vaxt rüsum ödəmirdi.
Hörmüz boğazı Fars körfəzi ölkələrindən neft ixracı üçün yeganə çıxış yoludur. O, dünya neftinin təxminən 20%-ni və mayeləşdirilmiş təbii qazın təxminən 30%-ni təmin edir.
Bu arada İranın dövlət televiziyasının sədr müavini Həsən Abedininin hesablamalarına görə, əgər gəmilərdən 2 milyon dollarlıq rüsum alınarsa, İranın Hörmüz boğazından keçən gəmiçilikdən əldə etdiyi illik gəlir ən azı 64 milyard dollara çata bilər: “Ötən il boğazdan 32.000 gəminin keçib və hər gəmidən 2 milyon dollarlıq rüsum alınarsa, İran təxminən 64 milyard dollar qazana bilər".
"The New York Times" qəzeti adı açıqlanmayan İran rəsmilərinə istinadla bildirib ki, Tehranın müharibəyə son qoymaq üçün təklif etdiyi plan Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollarlıq rüsum tətbiqini də nəzərdə tutur.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.