AZ

Dünya ABŞ və İran arasında atəşkəs rejiminiALQIŞLAYIR

Bir sıra ölkələr ABŞ və İran arasında atəşkəsi alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Misir, İraq, Yaponiya, İndoneziya, Malayziya, Oman, Ukrayna, Avstraliya və Yeni Zelandiya iki həftəlik razılaşmanı müsbət qiymətləndirib.

Misir XİN bildirib ki, bölgədə sabitlik üçün Pakistan və Türkiyə ilə səylər davam etdiriləcək.

Yeni Zelandiyanın XİN rəhbəri Uinston Peters isə atəşkəsi ümidverici adlandırsa da, davamlı sülh üçün daha çox iş görülməli olduğunu deyib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin atəşkəsi dəstəkləmək üçün Fars körfəzinə səfər edəcəyi bildirilib.

O qeyd edib ki, bu razılaşma bölgəyə müəyyən rahatlıq gətirsə də, uzunmüddətli olmalıdır.

Ukraynanın XİN rəhbəri Andrey Sibixa Vaşinqtonu Ukrayna müharibəsində də eyni qətiyyət göstərməyə çağırıb.

Almaniya kansleri Fridrix Mertz isə diplomatik yollarla uzunmüddətli atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib və danışıqların başlanacağını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr