AZ

İran Hörmüz boğazını açdı: Məxfi razılaşma, yoxsa...

İranın xarici işlər naziri Abbas Əraqçi gözlənilməz bəyanatla çıxış edərək, Hörmüz boğazının gəmilərin keçidi üçün iki həftəlik açıldığını elan edib.

Publika.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Əraqçinin sözlərinə görə, boğazdan təhlükəsiz keçid İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə və müəyyən "texniki məhdudiyyətlər" nəzərə alınmaqla mümkün olacaq. Nazir bu məhdudiyyətlərin nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Bu addım ABŞ prezidenti Donald Trampın İranla bağlı verdiyi son bəyanatdan dərhal sonraya təsadüf edir. Belə ki, Tramp rəsmi Tehranla 14 günlük atəşkəs barədə razılığa gəldiklərini və bu müddət ərzində İrana zərbələrin dayandırılacağını bildirmişdi.

İran Təhlükəsizlik Şurasının məlumatına görə, Vaşinqtonun qəbul etdiyi təkliflər paketinə Hörmüz boğazı üzərində nəzarətin Tehranda qalması bəndi də daxildir.

Seçilən
1
2
publika.az

8Mənbələr