AZ

Kremldə qapalı qapı arxasında baş verib? - Sərt söhbət

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də keçirilən görüşdən sonra qapalı qapılar arxasında daha sərt söhbət baş tutub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadla yazıb.

ERməni nəşri qeyd edib: “Rəsmi Moskva Nikol Paşinyanla hər hansı bir razılaşmanın əldə edilməsinin mümkün olmadığını anladı və praktik addımlara keçib. Kreml Paşinyan hökuməti ilə əlaqəli bütün iş adamlarının, şirkətlərin və hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək qərarına gəlib. Rusiyaya spirtli içkilər ixrac etməyə icazə verən "Proshyan Brandy Factory"in lisenziyasının ləğv edilməsi barədə söhbətlər gedir. Hətta ruslarla nisbətən isti münasibətlər quran Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və onun ətrafı da arzuolunmaz şəxs elan edilib".


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr