AZ

ISNA: ABŞ-la danışıqlar aparacaq İran heyətinə Qalibaf rəhbərlik edəcək

İslamabadda danışıq aparacaq İran və ABŞ nümayəndə heyətlərinə kimlərin rəhbərlik edəcəyi məlum olub.

ISNA-nın xəbərinə görə, cümə günü keçiriləcək danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.

ABŞ nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək.

Bildirilib ki, İranın 10 maddəlik razılaşma planı yalnız nüvə proqramını və regional təhlükəsizliyi yox, həmçinin təxminən 45 il əvvələ gedib çıxan ilkin və ikinci dərəcəli sanksiyaları da əhatə edir.

Qeyd edək ki, aprelin 10-da Pakistanda tərəflər arasında danışıqlar aparılacaq.

Seçilən
12
2
apa.az

3Mənbələr